Dövlət Dumasının deputatları Rusiyaya gələn əcnəbi vətəndaşların tibbi müayinədən keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsləri hazırlayırlar.
XəzərNews.az xəbər verir ki, bu barədəparlament palatasının rəhbəri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin statistikasına görə, ölkədə 670 minə yaxın qanunsuz miqrant yaşayır. Bununla bağlı Dövlət Duması hökumətdən əmək miqrasiyasının tənzimlənməsi, habelə onların ailələrinin Rusiya Federasiyasının ərazisinə daxil olması ilə bağlı təkliflər təqdim edəcəyini gözləyir.
"Miqrasiya siyasəti sahəsini tam qaydasına salana qədər təkmilləşdirməyə davam etmək vacibdir" deyən Volodin Telegram kanalında yazıb ki, miqrasiya proseslərinin tənzimlənməsinə və monitorinqinə cavabdeh olan hər kəs bundan xəbərdar olmalıdır.
Eyni zamanda, Dövlət Dumasının sədri xatırladıb ki, ötən il deputatlar miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş 14 qanun qəbul ediblər.
Aylin
XəzərNews.az
Xəbər 4 dəfə oxunub.