AZ

Tanınmış britaniyalı bərpaçı-ekspert Azərbaycan Milli İncəsənət Muzeyində

Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi və konservasiyası üzrə layihə həyata keçirilir.

Mədəniyyət Nazirliyindən Publika.az-a bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyi ilə Britaniya Şurasının (British Council) birgə layihəsi çərçivəsində 3-7 fevral tarixlərində gerçəkləşən təlim Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılır.

Rəngkarlıq üzrə müstəqil bərpaçı və məsləhətçi kimi fəaliyyət göstərən R.Fezerstoun 2001–2008-ci illərdə Vindzor Sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasına rəhbərlik edib. 2008–2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər olub, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışıb.

Fevralın 3-də Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində sənət əsərlərinin konservasiyası sahəsində öz fəaliyyətinin əks olunduğu təqdimatla çıxış edib. O, həmçinin layihənin əsas məqsədi haqqında iştirakçılara məlumat verib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Britaniya Şurasının Azərbaycan üzrə nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Daha sonra, layihənin proqramına uyğun olaraq 3-4 fevral tarixlərində Britaniya kolleksiyasının elmi tədqiqatı, qorunub saxlanılması və mövcud vəziyyətinin müəyyənləşdirilməsi üzrə araşdırma aparılıb.

Seçilən
6
6
publika.az

9Mənbələr