AZ

Ötən il sənaye parkları güzəştlərə görə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər"

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər. 

FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun mətbuat konfransında deyib.

O bildirib ki, bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bir sıra xammal və materialların idxalının gömrük rüsumları və ƏDV-dən tam azadolması, xüsusi güzəştli bank kreditləri və s. aiddir.

Seçilən
3
2
fed.az

3Mənbələr