AZ

Alzheimer və Parkinson xəstəliklərinin müalicəsində ümidverici yenilik

Alzheimer və Parkinson xəstəliklərinin müalicəsində

Ankara Universitetindən Prof. Dr. Fikrət Şahinin apardığı araşdırma, 50 ildir istifadə olunan bir dərmanın Alzheimer və Parkinson xəstəliklərini necə müalicə etdiyini ilk dəfə ortaya çıxarıb.

Emlakbazari.az

E-saglam.az bildirir ki, alimlər bu xəstəliklərin əsas səbəbinin hüceyrələrdə səhv qatlanmış və yığılmış zülallar olduğunu müəyyən ediblər. Şahinin sözlərinə görə, bu dərman həmin zülalları bərpa edərək xəstəliyin inkişafını ləngidə bilər.

Tədqiqat ruhi xəstəliklər, şizofreniya və ağır depressiyanın müalicəsində də təsirli ola bilər. Bu kəşf neyrodegenerativ xəstəliklər üçün yeni və effektiv müalicə üsulu təqdim edə bilər.

Araşdırma “Scientific Reports” jurnalında dərc edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
60
8
e-saglam.az

10Mənbələr