AZ

ABŞ kəşfiyyatçılarını işdən çıxarır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bütün əməkdaşlarına öz istəkləri ilə işdən çıxmaları müqabilində 8 aylıq maaş məbləğində kompensasiya təklif olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ hökumətində effektivliyin artırılması üzrə agentliyin rəhbəri İlon Maskın təklif etdiyi islahatlar ölkənin kəşfiyyat icmasını da əhatə edib.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası azı yeddi kəşfiyyat qurumunun əməkdaşlarına istefa vermələri üçün təkliflər göndərib.

Beləliklə, Pentaqonun Kəşfiyyat İdarəsi, Milli Geokosmik Kəşfiyyat Agentliyi, Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi (NSA), Milli Kəşfiyyat Direktorunun Aparatı, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhqiqatlar Bürosunun (FBI) mülki əməkdaşlarına bu barədə rəsmi bildirişlər göndərilib.

Bu bildirişlər daha əvvəl ABŞ-nin müxtəlif dövlət qurumlarında çalışan təxminən 2 milyon əməkdaşa da təqdim olunub.

Qeyd olunur ki, Vaşinqton İlon Maskın fəal islahatları səbəbindən xaos içindədir. Mask və onun komandası bir sıra federal qurumların fəaliyyətini kökündən dəyişməyə başlayıb, bu isə dövlət qulluqçuları və məmurlar arasında narazılıq yaradıb.

Ən çox səs-küyə səbəb olan qərarlardan biri ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə müdaxilə olub.

Belə ki, qurumun əməkdaşlarına "yenidən baxış" prosesi başa çatana qədər işə çıxmamaq tapşırılıb. 

Bu addım ölkə daxilində və beynəlxalq səviyyədə ciddi narahatlıq yaradıb. Çünki USAID-in humanitar proqramları bir çox ölkədə vacib əhəmiyyət daşıyır.

Seçilən
31
cebheinfo.az

1Mənbələr