Bakı. Trend:
Hazırda Hacıqabul Sənaye Parkında avtomobil istehsalının boyaq,qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun qurulmasıistiqamətində işlər davam etdirilir.
Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, tikinti işləri sürətlə gedir, işlərin cari ilinsonunadək yekunlaşdırılması nəzərdə tutulur:
"Müəssisənin 2025-ci ilin sonlarında fəaliyyətə başlamasınıplanaşdırırıq. Layihənin investisiya dəyəri 88 milyonmanatdır".
"Zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağınəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq", -S.Adıgözəlov vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin mayında Özbəkistan və Azərbaycanşirkətləri tərəfindən inşa ediləcək Hacıqabul Sənaye Parkındaavtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsininlokallaşdırılması zavodunun təməli qoyulub.