AZ

ABŞ məhkəməsi Trampın vətəndaşlıqla bağlı fərmanını bloklayıb

ABŞ-nin Merilend ştatındakı məhkəmə Prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran fərmanını müddətsiz bloklayıb.

Missiya.Az xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

“Bu gün ABŞ torpağında doğulan hər bir uşaq doğulanda Amerika vətəndaşlığını alır. Bu, ölkəmizin qanunu və ənənəsidir. Və onlar bu iş həll olunana qədər status-kvo olaraq qalacaqlar", - deyə vurğulanıb.

Bildirilib ki, Merilend ştatında açılan iddia Trampın müvafiq fərmanı imzalamasından sonra məhkəməyə verilən səkkiz iddiadan biridir.

Xatırladaq ki, yanvarın 21-də Donald Tramp doğum hüququ əsasında ABŞ vətəndaşlığı almağı məhdudlaşdıran fərman imzalayıb. O, ABŞ-nin belə bir qanunun qüvvədə olduğu "yeganə ölkə" olduğunu iddia edib. Sənəd federal agentliklərə yalnız vətəndaşlara təqdim edilən sənədləri verməyi də qadağan edirdi. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
3
missiya.az

1Mənbələr