AZ

Ucarda məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirdi

Bakı. Trend:

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Trendxəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Məlumata görə, Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinifşagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H.arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşınabıçaqla xəsarət yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasınayerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayonxəstəxanasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-in sorğusuna cavabolaraq bildirilib ki, faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsindəaraşdırmalar aparılır, araşdırmaların nəticəsindən asılı olaraqməsələyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr