İranın ali dini lideri Ayətullah Əli Xamenei Livanla bağlı yeni fərman imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, Xamenei yeni fərmanla Hizbullah lideri Naim Qasımı Livanda dini işlər üzrə müavin təyin edib.
Bu vəzifəni daha əvvəl 27 sentyabr 2024-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülən Hizbullahın keçmiş lideri Həsən Nəsrullah icra edirdi.