AZ

6 fevral zəlzələsinin ildönümündə həyatını itirənlər anıldı

 

6 fevral 2023-cü ildə baş verən və “Əsrin fəlakəti” kimi qiymətləndirilən, 11 vilayəti əhatə edən 7,7 və 7,6 bal gücündəki zəlzələlərdə həyatını itirənlər bütün ölkədə anıldı. 

Zəlzələnin episentri olan Kahramanmaraşda zəlzələdən zərərçəkənlər “unutmadıq”, “hörmət və həsrətlə anırıq” yazılmış plakatları yerə sərərək üzərlərinə qərənfillər qoydular. Qurani-Kərim oxunub dua edilən tədbirdə yaxınlarını itirən bəzi zərərçəkənlər çıxış etdilər. “Əsrin fəlakəti”ndə həyatını itirənlərin fotolarının divara asıldığı tədbirdə zəlzələni əks etdirən görüntülər nümayiş olundu. 

Hatayda isə böyük bir insan qrupu “Səssiz yürüş” təşkil edərək Atatürk prospektindən Cümhuriyyət meydanına doğru yürüş etdi. İlk zəlzələnin baş verdiyi saat 04:17-də fəlakətdə həyatını itirənlər üçün 65 saniyəlik sükut elan olundu, ardınca İstiqlal Marşı oxundu. Bu zaman bir çox vətəndaş göz yaşlarını saxlaya bilmədi. Anım tədbiri çərçivəsində üç səmavi dinin nümayəndələri ayrı-ayrılıqda dua etdilər. Daha sonra zəlzələdə həlak olanların xatirəsinə Asi çayına qırmızı qərənfillər atıldı. 

Zəlzələdən təsirlənən Qaziantep, Adıyaman, Malatya, Adana, Osmaniye, Kilis kimi şəhərlərlə yanaşı, digər bölgələrdə də təşkil edilən tədbirlərdə 53 min 537 nəfər göz yaşları ilə anıldı.



Seçilən
17
trt.net.tr

1Mənbələr