“Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib.
"Football-plus.az" xəbər verir ki, mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay +1 illik müqavilə imzalanıb.
27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub. O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyib. O, "qırmızı-qaralar"da 46 oyuna 8 qol vurub.
Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta