AZ

Rusiyaya məxsus aerodrom vuruldu

Fevralın 6-na keçən gecə Rusiyanın Krasnodar diyarının Primorsko-Axtarsk şəhərindəki Rusiya hərbi aerodromuna Ukrayna pilotsuz təyyarələri tərəfindən hücum edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları müdafiə qüvvələrinin digər hissələri ilə birlikdə fevralın 6-na keçən gecə Primorsko-Axtarsky aerodromuna zərbələr endirib. Bu, aviasiya aktivləri üçün əməliyyat bazasıdır. Ora "Şahed" tipli PUA-ların saxlanılması, hazırlanması və buraxılması üçün istifadə olunur”, - məlumatda deyilir.

Baş Qərargah qeyd edir ki, bölgədə partlayışlar təsdiqlənib, yanğın başlayıb.

"Rusiya işğalçılarına məxsus aerodrom vurulub. Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünə dəstək verən və mülki əhalini terror edən obyektlərə zərbələr davam etdiriləcək", - deyə Ukrayna Silahlı Qüvvələri vurğulayıb.

Xəbər 7 dəfə oxunub.
Seçilən
33
xezernews.az

1Mənbələr