AZ

Makron Suriya Prezidentini Fransaya dəvət edib

Fransa dövlət başçısı Emmanuel Makronla Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.

Bildirilib ki, Makron Əhməd əş-Şaraanı yaxın həftələrdə Fransaya səfərə dəvət edib. 

Bundan əlavə Makron Fransanın Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün addımlar atdığını vurğulayıb. 

Prezidentlər həmçinin Suriyada təhlükəsizlik məsələlərini müzakirə edərək, sabitliyin qorunması üçün birgə çalışmağın vacibliyini qeyd ediblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
48
missiya.az

1Mənbələr