AZ

Milli Aviasiya Akademiyasında beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərinyaradıcı potensialı" 10-cu beynəlxalq elmi-praktik gənclərkonfransı keçirilib.

Trendxəbər verir ki, bu barədə Milli Aviasiya Akademiyası məlumatyayıb.

Bildirilib ki, 3 gün davam edən konfrans çərçivəsindəiştirakçılar “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri”adlı sərgi ilə tanış olublar. “TexnoritmMərkəzi - MAA-nıninnovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.

Konfransı açan MAA-nın birinci prorektoru professor ƏdalətSəmədov MAA-nın rektoru, akademik Arif Paşayevin tədbiriştirakçılarına salamlarını və təbrikini çatdırıb. Vurğulayıb ki,“Fevral məruzələri 2024”dən keçən 1 il ərzində MAA-nın gəncalimləri və tədqiqatçıları Azərbaycanda, eləcə də beynəlxalqmiqyasda keçirilən bir sıra tədbirlərdə və layihələrdə, o cümlədən75-ci Beynəlxalq Astronavtika Konqresində, Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasında (COP-29), digər beynəlxalqkonfrans və simpoziumlarda uğurla iştirak edib, nüfuzlu jurnallardaməqalələr çap etdirib, beynəlxalq patentlər alıblar.

Konfransın əhəmiyyətindən danışan Elm və təhsil nazirininmüavini Firudin Qurbanov, aviasiya sahəsində əldə olunan uğurlardandanışıb. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlərgətirir.
Aviasiya sahəsində aparılan işlər ölkənin siyasətiningöstəricisidir. Son 20 ildə ölkədə 8 yeni aeroport tikilərəkistifadəyə verilib və yenidən qurulub. Bundan sonra yeniaeroportlar Qəbələdə, Zaqatalada, Fizulidə, Zəngilanda və bu ilLaçında tikilib istifadəyə veriləcək. Nazir müavini bu sahənininkişafında gənc kadrların rolunu qeyd edib, bu istiqamətdə MAA-nınfəaliyyətini yüksək qiymətləndirib.

Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri MəsudƏfəndiyev “Xaricdə yaşayan azərbaycanlı alimlərın Azərbaycan elm vətəhsilinə inteqrasiyası”, Dördüncü Sənaye İnqilabının Təhlili vəKoordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov"Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, AzərbaycanKibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətininsədri Elvin Balacanov “Kritik informasiya infrastrukturununtəhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması:beynəlxalq və milli hüquqi yanaşma” mövzularında çıxış ediblər.

Konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus,Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcıtəşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb. Builki“Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlifistiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzətəqdim edilib. Konfrans öz işini bu gün yekunlaşdırıb.

Milli
Milli
Milli
Milli
Milli
Seçilən
21
6
az.trend.az

9Mənbələr