AZ

Koreya səfirliyi Qlobal Koreya Təqaüd Proqramına müraciətlərin qəbuluna başlayıb

Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının Azərbaycandakı Səfirliyi Qlobal Koreya Təqaüd Proqramına (Global Korea Scholarship – GKS) 2025-ci il üzrə müraciət prosesinn başlandığını elan edir.

Hafta.az-ın yazdığına görə, proqram magistratura, doktorantura və tədqiqat sahələrini əhatə edərək müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı təqdim edir.

Proqramda iştirak etmək istəyən Azərbaycan vətəndaşları 5 mart 2025-ci il tarixinədək tələb olunan sənədləri Koreya Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, namizədlər universitetlərə birbaşa müraciət edərək də proqramda iştirak edə bilərlər.

Təqaüd proqramı ilə bağlı ətraflı məlumatı (tələb olunan sənədlər, iştirak şərtləri və s.) aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz:

https://www.studyinkorea.go.kr/ko/scholarship/Gks1NoticeDetail.do?csrf=ZDM3ZTM5MDgtYTdhNC00Y2UwLTlmOWYtMGE1NDQ4NzkxMWZl&nttId=4269

Proqramla bağlı əlavə suallarınız yaranarsa Koreya Respublikasının Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlaya bilərsiniz:

Email: [email protected]

Seçilən
16
4
hafta.az

5Mənbələr