AZ

Əməliyyatda canlı yayın açan plastik cərrahın da lisenziyası ləğv edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azər-Türk Med" klinikasında plastik cərrah kimi fəaliyyət göstərən Təbəssüm Qurbanovanın da lisenziyası ləğv edilib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı yayın açdığı üçün medianın gündəminə gəlmişdi.
Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi.
Mediada yayılan məlumatlara görə, Təbəssüm Qurbanova "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohumudur.
Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar - Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyevanın da lisenziyaları ləğv olunub.
Bununla da lisenziyası ləğv olunan plastik cərrahların sayı 6-ya çatıb.
Seçilən
38
50
oxu.az

10Mənbələr