“Azerbaijan İnternational Telecom” (AzInTelekom) MMC məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, iddianı “Azər-Türk Bank” qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir.
“Azintelekom”la bağlı işə 5 mart tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Təranə Mahmudovanın icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən “AzInTelecom” MMC-nin İdarə heyətinin rəhbəri Elxan Əzizovdur. İddianı qaldıran “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri isə Orxan Hüseynovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar