AZ

Yaşayış binasında güclü yanğın - Sakinlər təxliyə edilir - VİDEO

ABŞ-də Nyu-Yorkun mərkəzində güclü yanğın baş verib.

Söz.az ABC7-yə istinadən xəbər verir ki, Harlemdə yaşayış binası yanıb.

Yanğın binanın ilk üç mərtəbəsində yayılmağa başlayıb, daha sonra daha bir neçə evə keçib. 

Hazırda hadisə yerində 170 xilasedici işləyir, 40 texnika cəlb olunub.

İnsanlar yanan binalardan təxliyə edilir. 

Tələfat barədə hələlik məlumat yoxdur.


Seçilən
0
soz.az

1Mənbələr