İsrailin müdafiə naziri İsrael Kats orduya qəzzalıların anklavı könüllü şəkildə tərk etməsinə icazə vermək üçün plan hazırlamağı əmr edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat verir.
"Mən ABŞ prezidenti Donald Trampın cəsarətli planını alqışlayıram. Bütün dünyada olduğu kimi, qəzzalılara çıxış və immiqrasiya azadlığı verilməlidir. Plana quru keçidləri vasitəsilə çıxış variantları, həmçinin dəniz və hava yolu ilə çıxış üçün xüsusi tənzimləmələr daxil olacaq", - İsrailin müdafiə naziri bildirib.
Kats əlavə edib ki, o, istənilən qəzzalıya “dünyanın onu qəbul edəcək istənilən yerinə getməyə” imkan verəcək bir planın hazırlanması əmrini verib.