Bakı. Trend:
Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədəfəaliyyətinin dayandırılması üçün ABŞ-a bildiriş göndərib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətiİdarəsinin rəisi Ayxan Hacızadə deyib.
"USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığıvə fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsməngöndərilib", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hal-hazırda fəaliyyətgöstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğvedilməsi və onun Dövlət Departamentinin strukturunainteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addımgerçəkləşsə beynəlxalq yardımla bağlı proqramların idarəolunmasındaagentliyin muxtariyyətini azaltmış olacaq.