AZ

Ermənistan 30 ildən çoxdur əsir, itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi haqda məlumatları verməkdən boyun qaçırır - Ombudsman

Bakı. Trend:

Azərbaycan tərəfindən dəfələrlə edilmiş müraciətlərə baxmayaraqErmənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməletmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girovgötürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyunqaçırır.

Trend xəbərverir ki, bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsində itkindüşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyətinin müəyyənolunmasına münasibətində qeyd edilib.

Ombudsman diqqətə çatdırıb ki, işğaldan azad olunmuşərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarınıneyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bugünədək170-ə yaxın azərbaycanlının şəxsiyyəti müəyyən edilib. Bu proseshələ də davam etməkdədir.

“Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalqmüqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli,soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətləyetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatlarıtəqdim etməlidir”, – deyə, Səbinə Əliyeva vurğulayıb.

Seçilən
16
13
az.trend.az

10Mənbələr