Braziliyanın "Korintians" klubunun niderlandlı futbolçusu Memfis Depay sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalanıb.
Bakıvaxtı.az "RMC Sport"a istinadən xəbər verir ki, hücumçu 9 min avro cərimələnib.
30 yaşlı futbolçu 2024-cü il avqustun 6-da Monakoda sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb. Yoxlanış zamanı onun avtomobili içkili halda idarə etdiyi aşkarlanıb.
Qeyd edək ki, PSV-nin yetirməsi olan M.Depay peşəkar karyerasına 2011-ci ildə başlayıb. O, Niderland klubunun heyətində ölkə çempionu və kubokun qalibi olub. Karyerası ərzində "Mançester Yunayted" və "Barselona" kimi klublarda çıxış etmiş hücumçu ötən ilin yayında "Korintians"a transfer edilib.