“Qarabağ” yeni transferi Kadi Borgesin imzalı formalarını satışa çıxarıb.
Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, azarkeşlər məhdud sayda olan formaları Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən fan-şopdan əldə edə bilərlər.
Qeyd edək ki, yenidən “Qarabağ”a qayıdan Kadi Borges son çempionla 4 illik müqavilə bağlayıb.