![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/1/10/1/4d994a46-9999-4ea6-adf7-32053cd4ba1a/israil-esgerleri-yeni297.jpg)
Qəzza zolağının şimalında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) iki hərbçisi həlak olub, bir hərbçisi isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatda hadisənin təfərrüatları açıqlanmayıb.