AZ

AQTA-dan quş qripi ilə bağlı XƏBƏRDARLIQ (VİDEO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, son illər dünyada yüksək patogen quş qripixəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır.Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarınınəhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli region hesabedilir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiməlumat yayıb.

Bildirilib ki, buna görə də xəstəliyin izlənməsi daimi olaraqAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)tərəfindən diqqət mərkəzində saxlanılır.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdimetdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlifərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlərtətbiq edilir. Bununla yanaşı, xəstəliyə qarşı epizootolojimonitorinqlər aparılır. Son monitorinqlərin nəticələrinə əsasənölkəmizdə quş qripi xəstəliyi qeydə alınmayıb.

Agentlik bununla belə vətəndaşlara, o cümlədən ailə və fermertəsərrüfatları sahiblərinə, sənaye müəssisələri rəhbərlərinəxəbərdarlıq edərək, aşağıdakı zəruri tələblərə əməl olunmasınınvacibliyini diqqətə çatdırır:

- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermertəsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması,təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasınınqarşısının alınması;

- ölü halda çöl və ev quşlarına rast gəldikdə, bu barədəaidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın “1003-Çağrı Mərkəzi” vəregional bölmələri, rayon baytarlıq idarələri və s.);

- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.)gigiyena qaydalarına ciddi şəkildə əməl olunması vəsanitariya-gigiyena tələblərinin gözlənilməsi;

- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıqnəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadandaşınmaması;

- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında,ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digəryerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyatakeçirilməməsi;

- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıqərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmışgöyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;

- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluqəşyalarının gətirilməməsi və sair.

Seçilən
18
46
az.trend.az

10Mənbələr