AZ

Türkiyə 152 tarixi əsəri Misirə qaytardı

Türkiyə e.ə 2000-ci il Misir tarixinə aid olduğu müəyyən edilən boyunbağı parçaları, tunc, şüşə və daş amuletlər də daxil olmaqla 152 artefaktı Misir hakimiyyətinə təhvil verib.

Kulis.az xəbər verir ki, əsərlərin 1998-ci ildə xarici vətəndaş tərəfindən qeyri-qanuni şəkildə əldə edildiyi təsdiqlənib.

Qeyd edək ki, qərar Türkiyə-Misir diplomatik əlaqələrinin 100-cü ilinə təsadüf edir.

Seçilən
42
kulis.az

1Mənbələr