AZ

Qəzzada daha iki İsrail əsgəri ölüb

Ötən axşam Qəzza zolağında baş verən qəzada iki İsrail əsgəri həlak olub, 8-i isə yaralanıb.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, həlak olan əsgərlərdən biri 21 yaşlı Nadav Cohendir. İkinci əsgərin adı isə daha sonra açıqlanacaq.

Səkkiz yaralı əsgərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, sərt külək səbəbindən kran aşaraq əsgərlərin üzərinə düşüb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr