AZ

Məhkəmə Tramın qalmaqallı qərarını blokladı

ABŞ-nin Merilend ştatında federal hakim Donald Trampın doğum əsasında vətəndaşlıq verilməsini məhdudlaşdıran fərmanını müddətsiz olaraq dayandırıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. Bildrilir ki, hakim Debora Bordman fərmanın icrasını müvəqqəti qadağan edən qərar çıxarıb. 

Bu qərar bir neçə hüquq müdafiə təşkilatının Trampın fərmanının ləğv olunması üçün məhkəməyə verdiyi iddiaya əsasən qəbul edilib. Hakimin sözlərinə görə, Trampın fərmanı birbaşa ABŞ Konstitusiyasının 14-cü düzəlişinə ziddir. 

Qərar bütün ölkə üzrə qüvvədədir, məhkəmə prosesi davam etdiyi müddətdə və ya yuxarı instansiya onu ləğv edənədək qüvvədə qalacaq. Xatırladaq ki, 20 yanvarda prezident vəzifəsinin icrasına başlayan Donald Tramp həmin gün axşam saatlarında bu fərmanı imzalamışdı. 

"Reuters" agentliyinin məlumatına görə, sənəd qanunsuz miqrantların övladlarına doğum əsasında ABŞ vətəndaşlığı verilməsinə məhdudiyyətləri nəzərdə tutur. 

Bundan bir gün sonra 22 ştatın hakimiyyəti Trampın fərmanının ləğvi üçün məhkəməyə müraciət edib. 23 yanvar tarixində Vaşinqton ştatındakı dairə məhkəməsi fərmanı müvəqqəti dayandırdığını bildirib. 

Seçilən
6
cebheinfo.az

1Mənbələr