Fiziki təcridetməni əvəz edən istənilən sistem ekvivalent səviyyədə təhlükəsizliyə təminat verməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Məsələn, kompüterləşdirilmiş sistemlərin tətbiqinə yalnız təhlükəsiz giriş-çıxışa nəzarətin validasiya edilməsindən sonra yol verilir.
Nəzarət edilən mühitdə başlanğıc materiallardan nümunələrin götürülməsi üçün ayrıca sahələr təşkil edilməlidir. Nümunə götürmə saxlanma sahəsində həyata keçirildikdə, çirklənmə və çarpaz çirklənmənin qarşısı alınmalıdır. Nümunə götürülmə sahələrində müvafiq təmizlik prosedurları aparılmalıdır.