Türkiyə valyuta birjalarında dollar və avro yenidən lirə qarşısında bahalaşıb.
“Cebheinfo.az” xəbər verir ki, dollar 0.03 faiz bahalaşaraq 35.91 lirəyə yüksəlib.
Avronun məzənnəsində isə 0.08 faiz artım qeydə alınıb. Hazırda 1 avro 37.41 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.