AZ

Kiyevə uçuşlar nə vaxt bərpa olunacaq? – “Buna bir ay vaxt lazımdır”

Ukrayna paytaxtı Kiyevin əsas aeroportu sayılan Borispol hava limanı Ukraynada hava məkanının açılmasından sonra bir ay ərzində sərnişin təyyarələrinin qəbulunu və göndərilməsini bərpa edə bilər.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, bunu Borispol aeroportunun direktoru Aleksey Dubrevski deyib. Onun da qeyd etdiyi kimi, bunun üçün əvvəlcə müvafiq icazələrin alınması lazımdır.

Dubrevski bildirib ki, aviaşirkətlər qısa müddətdə Ukraynaya uçuşları bərpa etməyə hazırdır. Onun sözlərinə görə, aviaşirkətlər hava məkanının açılması ilə bağlı qərar qəbul edilən andan etibarən Borispol hava limanından uçuşları yerinə yetirmək üçün bir ay ərzində təyyarələri hazırlaya biləcək.

O qeyd edib ki, onlar artıq uçuşları həyata keçirmək üçün ekipajları və əlavə təyyarələri haradan alacaqlarını bilirlər.

Hava limanının direktoru Borispolun ildə 20 milyon sərnişinə xidmət edə biləcəyini də əlavə edib.

Qeyd edək ki, bundan öncə Lvov şəhərinin meri bu il ərzində mütləq Ukrayna hava limanlarının fəaliyyətə başlayacağını deyib. Lakin konkret vaxt açıqlamayan şəhər meri bunun üçün ilk növbədə təhlükəsizliyin təmin olunmasının və siyasi qərarın verilməsinin lazım olduğunu vurğulayıb.

“AzPolitika.info”

Seçilən
7
azpolitika.info

1Mənbələr