“Nissan” “Honda” ilə tərəfdaşlıq danışıqlarını bitirərək yeni tərəfdaş axtarışına başlayıb.
İndex.az xəbər verir ki, yayılan məlumatlara görə, Yapon avtomobil istehsalçısı “Nissan” texnologiya sektorunda olan və ABŞ-da yerləşən bir tərəfdaş axtarır.
Şimali Amerika “Nissan”ın ən mühüm bazarıdır.
Elektrikləşdirmə və avtomatlaşdırmaya doğru irəliləyən bazar qlobal avtomobil istehsalçılarını ittifaqlar axtarmağa sövq edir.