AZ

Türkmənistan və Yaponiya əməkdaşlığı genişləndirir

Bakı,TurkicWorld

Türkmən xalqının ümummilli lideri, Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov, Yaponiya baş nazirinin xüsusi müşaviri Akihisa Naqaşima ilə görüşü zamanı deyib.

TurkicWorld xəbər verir ki, görüşdə Türkmənistan-Yaponiya arasında olan siyasi, ticarət-iqtisadi, sosial, mədəni-humanitar və digər sahələrdə əlaqələri müzakirə edilib.

Berdiməhəmmədov qeyd edib ki, böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan mavi yanacağın ixrac marşrutlarının şaxələndirilməsinə və onu emal edən sənayenin inkişafına böyük önəm verir.

Türkmən xalqının Ümummilli Lideri hazırda ölkədə Yaponiya şirkətləri ilə birgə böyük layihələrin həyata keçirildiyini bildirərək, Türkmənistanın bu əməkdaşlığı genişləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.

Berdiməhəmmədov həmçinin təhsil sahəsində əməkdaşlığa diqqət çəkərək, Oğuz Xan adına Mühəndislik və Texnologiya Universitetində yapon dilinin tədris olunduğunu qeyd edib, bu sahədə səmərəli əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsinin vacibliyini qeyd edib.

Seçilən
32
turkic.world

1Mənbələr