Kanada polisi ABŞ-dən Kanadaya qanunsuz keçmək istəyən bir şəxsin nəzarət üçün saxlanılarkən qaçmağa cəhd etdiyini və bu zaman güllələnərək öldüyünü açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, son günlər sərhəddə keçirilən əməliyyatlar zamanı 9 nəfər Coutts yaxınlığında, daha 6 nəfər isə Manitoba bölgəsində saxlanılıb. Saxlanılan şəxslərin müxtəlif millətlərdən olduğu bildirilib.
Öldürülən şəxsin ABŞ vətəndaşı olduğu və sərhəd patrulları tərəfindən atəş açıldığı qeyd edilib.
Yetkililər sərt hava şəraitinə baxmayaraq insanların -20, -30 dərəcə şaxtada Kanadaya keçməyə çalışdıqlarını vurğulayıb. Manitoba sərhədində tutulanların uyğun geyim və avadanlıqları olmadığı qeyd edilib.
Nuriyyə Musayeva