AZ

Volodin miqrantların deportasiyası ilə bağlı yeni rejimdən danışıb

Rusiyada ölkədən deportasiya edilməli olan miqrantlar üçün xüsusi reyestr fəaliyyətə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram -da məlumat verib.

O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinad edərək, Rusiyada təxminən 670 min qanunsuz miqrantın yaşadığını bildirib. Parlamentin aşağı palatası sədrinin sözlərinə görə, bundan sonra onlar hüquq-mühafizə orqanlarına xəbərdarlıq etmədən bank hesabı aça, daşınar və daşınmaz əmlak ala və ya sata, nəqliyyat vasitələrini idarə edə və sürücülük vəsiqələri ala bilməyəcək, ailə qura, yaşayış yerini dəyişə bilməyəcəklər.

Seçilən
13
nocomment.az

1Mənbələr