AZ

Avropada qazın qiyməti 500 dolları keçib: Təchizat böhranı dərinləşir

Avropada qazın qiyməti sürətlə artaraq 1000 kubmetr üçün 500 dollar həddini keçib.

Fins.az xəbər verir ki, “İzvestiya” telekanalı Avropa bazarındakı çətinliklərin əsas səbəblərini araşdırıb. Əsas problem Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasıdır.

Bundan başqa, qiymət artımına təsir edən digər amil bu qışın əvvəlki iki illə müqayisədə daha soyuq keçməsidir.

Fevral ayına qədər Avropa İttifaqı (Aİ) ölkələri qaz ehtiyatlarını tamamlamaqda çətinlik çəkiblər. Hazırda qaz anbarlarının doluluq səviyyəsi 53 faiz təşkil edir ki, bu da 2022-ci ildən bəri ən aşağı göstəricidir. Ekspertlər hesab edirlər ki, əgər Avropa bu qışı ciddi problemlər olmadan başa vursa, gələn il vəziyyət daha da gərginləşə bilər.

Aİ hazırda birjada qaz qiymətlərinin kəskin artımını ləngitmək üçün yollar axtarır. Alternativ variantlardan biri Rusiya qazının Azərbaycan yanacağı adı altında idxal edilməsidir. Digər seçim isə “Türk axını” vasitəsilə tədarükün artırılmasıdır. Lakin ekspertlər düşünürlər ki, bu tədbirlər belə, vəziyyəti köklü şəkildə dəyişdirmək üçün kifayət etməyə bilər.

Fuad Mədətov
Fins.az

Seçilən
13
fins.az

1Mənbələr