AZ

Türkiyə əhalisinin sayı açıqlandı

31 dekabr 2024-cü il tarixinə Türkiyədə yaşayan əhalinin sayı əvvəlki ilə nisbətən 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfərə çatıb.

Herbiand.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, əhalinin 42 milyon 853 min 110 nəfəri kişi, 42 milyon 811 min 834 nəfəri isə qadındılr. Başqa sözlə, ümumi əhalinin 50,02 faizini kişilər, 49,98 faizini isə qadınlar təşkil edib.

Göstərilən tarixdə Türkiyədə yaşayan əcnəbi əhalinin sayı (1) əvvəlki illə müqayisədə 89 min 996 nəfər azalaraq 1 milyon 480 min 547 nəfər olub. Bunların 48,3 faizini kişilər, 51,7 faizini isə qadınlar təşkil edib.

Seçilən
28
1
herbiand.az

1Mənbələr