AZ

Azərbaycan dövləti İlham Əliyevin liderliyi ilə yeni möhtəşəm nailiyyətlər qazanacaq- ÖZƏL

"Bu gün dünyanın ayrı-ayrı ölkələrindəki mənzərələrdən fərqli olaraq respublikamızda multikulturalizm kifayət qədər yüksək səviyyədədir, dövlət milli birliyin daha güclü şəkildə təmin olunmasına böyük önəm verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib: "Dövlət başçısı suverenliyimizin təmin olunmasını yeni dövrün başlanğıcı kimi səciyyələndirib. Bu mənada 7 fevral tarixli növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının "Qalib xalqın qalib Lideri!" şüarı ilə həyata keçirilməsi təqdirəlayiq haldır. Beləliklə, yeni mərhələdə qarşımızda yeni hədəflər dayanır. Bu hədəflərə çatmaq üçün 7 fevral prezident seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan xalqı seçkilərdə cənab İlham Əliyevə etimad göstərməklə yeni hədəflərə çatacağını təsdiqləmiş oldu.

Qarşıdakı əsas hədəflər sırasına regional sülhün təmin olunması, ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, əhalinin rifah səviyyəsinin yüksəldilməsi, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması, müəyyən qlobal layihələrin reallaşdırılması və s. məsələlər daxildir. Seçkilərdən ötən bir il ərazində bu hədəflərə doğru mühüm addımlar atılıb. Şübhəsiz ki, Azərbaycan dövləti və xalqı cənab İlham Əliyevin liderliyi ilə qarşıda yeni möhtəşəm nailiyyətlər qazanacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr