AZ

Zelenski Sarkisyanın öldürülməsi barədə danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, qondarma “Donetsk Xalq Respublikası”nın Boks Federasiyasının “fəxri prezidenti” və “Arbat” batalyonunun təsisçisi, erməniəsilli Armen Sarkisyan fevralın 3-də Moskvada məhv edilib.

Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bu mövzuya toxunub.

Ukrayna lideri qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ukraynalıların qətlində ittiham olunan Armen Sarkisyanın zərərsizləşdirilməsi üzrə müvafiq əməliyyat keçirib.

Xatırladaq ki, fevralın 3-də Moskvanın elit “Qırmızı yelkənlər” yaşayış kompleksində partlayış baş verib. Partlayış zamanı ağır yaralanan Sarkisyan aparıldığı xəstəxanada ölüb.

Məlumatlara görə, partlayıcı qurğunu əvvəllər məhkum olunmuş Ermənistan vətəndaşı olan kamikadze işə salıb.

Qeyd edək ki, Armen Sarkisyanın Donbasda və Maydan hadisələri zamanı həyata keçirilən qətllərdə əli olub.


Bizim.Media

Seçilən
7
5
bizim.media

10Mənbələr