AZ

QƏZETLƏRİN BÜDCƏDƏN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ SON QOYULDU! - Oxucusu olan qazansın

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-da bir sıra nəhəng media orqanlarının dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılır. Onların arasında "Politico", "The New York Times"  qəzetlərinin, "Associated Press" agentliyinin adları var. Bu barədə Hökumətin Effektliliyinin Artırılması İdarəsinin (Department of Government Efficiency, DOGE) başçısı İlon Mask sahibi olduğu X şəbəkəsində məlumat verib.

Bütün hallarda söhbət bu media orqanlarına ABŞ hökumətinin müxtəlif nazirlikləri tərəfindən bahalı abunəlikdən gedir. 

Ağ Evin mətbuat katibi Kerolayn Livittin çərşənbə günü verdiyi məlumatda ABŞ hökumətinin "Politiko" ("Politico") nəşrinə abunəliyi dayandırdacağını bəyan etmişdi - bu abunəlik ildə 8 milyon dollara başa gəlirdi. Livitt qəzetin faktiki olaraq, amerikalı vergi ödəyicilərinin hesabına maliyyələşdirildiyini, DOGE komandasının artıq qəzetə vəsait ödənilməsini ləğv etmək üzərində işə başladığını qeyd edib. Digər media orqanlarına da dövlət maliyyəsi dayandırılması başlanıb.

Hürr Tərcüman

Seçilən
25
hurriyyet.az

1Mənbələr