Bakı, TurkicWorld
ABŞ-ın Seattle-Tacoma hava limanında Japan Airlines aviaşirkətinə məxsus sərnişin təyyarəsi Delta Air Lines-in təyyarəsinin quyruq hissəsinə çırpılıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, məlumata görə, ABŞ Federal Aviasiya İdarəsi (FAA) hadisənin yerli vaxtla saat 10:40-da baş verdiyini açıqlayıb.
FAA-nın məlumatına görə, Japan Airlines təyyarəsi Delta Air Lines-ə məxsus təyyarənin quyruq hissəsinə dəyib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Qəzanın ardından Seattle-Tacoma hava limanında bəzi uçuşlar müvəqqəti dayandırılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.