Amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın transseksualların ölkə ordusunda xidmət etməsini qadağan etmək qərarını dəstəkləyib...
Poliqon xəbər verir ki, bu Rasmussen Reports sosioloji şirkətinin sorğusundan irəli gəlib.
Beləliklə, ehtimal olunan ABŞ seçicilərinin 54%-i Trampın özünü transseksual kimi tanıdan hərbi qulluqçuları işdən çıxarmaq əmrini bəyənir. Eyni zamanda respondentlərin 41%-i prezidentin fərmanına qarşı çıxıb.
Sorğu 1325 potensial seçici arasında aparılıb.
Qeyd edək ki, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp transseksualların ABŞ ordusunda xidmət etməsinə icazə verən müddəanı ləğv edən fərman imzalayıb.
Poliqon.info