ABŞ-da azı 40 min dövlət işçisi könüllü olaraq vəzifələrindən getməyə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə CNN televiziya və radio şirkəti ABŞ Prezidentinin Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Mənbədən əldə etdiyimiz məlumata görə, “büdcə işçiləri” 8 aylıq əməkhaqqı məbləğində işdən çıxma müavinəti almaq şərti ilə işdən çıxarılır”, - məlumatda deyilir.
Qeyd edilir ki, ixtisarlar Donald Trampın hökumət aparatının fəaliyyətini optimallaşdırmağa yönəlmiş yeni siyasətinin bir hissəsidir.