AZ

Rubio: Trampın Qəzza ilə bağlı sözləri bərpa təklifi kimi qəbul edilməlidir

ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı bəyanatları Vaşinqtonun Fələstin anklavının bərpası və onun ərazisindəki partlamamış hərbi sursatların təmizlənməsi üçün məsuliyyəti öz üzərinə götürməyə hazırlığının ifadəsi kimi qəbul edilməlidir...

Poliqon xəbər verir ki, bunu Qvatemalada respublika prezidenti Bernardo Arevalo ilə birgə mətbuat konfransında çıxış edən dövlət katibi Marko Rubio deyib.

Prezident Trampın dünən dedikləri bir təklifdir, Birləşmiş Ştatların bu ərazinin bərpası üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunun ifadəsidir”, deyə dövlət katibi izah edib. “Bu, düşməncəsinə hərəkət kimi nəzərdə tutulmayıb. Bu, çox səxavətli bir addım kimi nəzərdə tutulub”, o əmin edib.

Rubio qeyd edib ki, sektorda müxtəlif növ partlamamış hərbi sursatlar var və onların zərərsizləşdirilməsi böyük iş olacaq. “Məncə, prezident Tramp Birləşmiş Ştatların işə qarışmaq, dağıntıları təmizləmək, buranı bütün dağıdılanlardan təmizləmək, bu yeri bütün partlamamış hərbi sursatlardan təmizləmək istəyini ifadə etməkdə çox səxavətli idi”, deyə dövlət katibi əlavə edib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr