AZ

Bakıda 9 avtomobildən və 7 evdən 40 minlik oğurluq edən şəxsləri polis saxladı (FOTO)

Bakı. Trend:

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilinşüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumatdaxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyatakeçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən ƏliCəbrayılov saxlanılıb.

Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha birəməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlifünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, RüfətKərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadınsaxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.

Bakıda
Bakıda
Məqalədə:
Seçilən
6
40
az.trend.az

10Mənbələr