AZ

İran ABŞ-nin neft sanksiyalarına məruz qalacağı təqdirdə OPEK-i həmrəy olmağa çağırır

İran prezidenti Məsud Pezeşkian Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm əl-Qaiz ilə görüşdə təşkilat üzvlərini ABŞ-a qarşı həmrəyliyə çağırıb. Pezeşkian düşünür ki, OPEK vahid fəaliyyət göstərsə, ABŞ təşkilat üzvlərindən heç birinə təzyiq göstərə bilməyəcək.

Məlumata görə, Pezeşkian bu açıqlamaları ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” siyasətininin canlandırılması və Tehranın neft ixracının sıfıra endirilməsi imkanları haqqında sərəncam imzalamasından sonra edib.

Qeyd olunub ki, İran prezidenti OPEK üzvlərindən addımların başqa bir üzvə zərər verməyəcəyi şəkildə hərəkət etməyi istəyib. Pezeşkian əlavə edib ki, belə vəziyyətdə ABŞ onlara sanksiya tətbiq edə bilməyəcək.

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr