19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi bəlli olub.
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, 7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
U-19 martın 27-də, saat 22:00-da Xorvatiya, iki gün sonra saat 19:00-da Türkiyə ilə üz-üzə gələcək.
Qeyd edək ki, əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.