Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyətgöstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətliəmanətlərin həcmi 25, 5 milyon təşkil edib ki, bu da 1 yanvar2024-cü ilin göstəricisi ilə müqayisədə 8,7 milyon manat və ya 1.5dəfə çoxdur.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Mərkəzi BankınınNaxçıvan MR İdarəsindən məlumat verilib.
Bildirilib ki, cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya24,6 milyon manatı milli valyutada, 5.6 faizi və ya 1,4milyonmanatı isə xarici valyutada olan əmanətlərin payına düşüb:
"Milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilinmüvafiq dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 1.5 dəfə,xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manatvə ya 1.5 dəfə çox olub".
"2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyətgöstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartlarıvasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların vəonların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyatakeçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1,3 milyard manattəşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408,7milyon manat və ya 1.7 dəfə çoxdur", - deyə məlumatda qeydolunub.