AZ

Bıçaqlanan məktəbli əməliyyat edilib - TƏBİB

Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə 04.02.2025-ci il tarixində Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

Bildirlib ki, ilkin tibbi yardım göstərildikdən sonra şagird ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib.

Vəziyyəti stabil qiymətləndirilən vətəndaş 05.02.2025-ci ildə ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
6
4
modern.az

6Mənbələr