"Aston Villa"nın yeni futbolçusu Marko Asensio İtaliya çempionatında çıxış edə bilər.
90deqiqe.Az "Sky Sport"a istinadən xəbər verir ki, “İnter” rəhbərliyi Asensionu bu qış hücumu gücləndirmək üçün prioritet variant hesab edib, lakin Marko Arnautoviç və Xoakin Korrea komandadan ayrılmaqdan imtina etdiyi və heyətdəki yerlərini boşaltmadığı üçün bu hərəkət əngəllənib.
İtaliya klubu yayda bu transferin reallaşması üçün danışıqlara başlayacaq.
Birmingem klubu ispaniyalı futbolçunu cari mövsümün sonuna qədər PSJ-dən icarəyə götürüb. Sövdələşmə qış transfer pəncərəsinin son günündə baş tutub.
Transfermarkt mütəxəssisləri Marko Asensionun dəyərini 20 milyon avro qiymətləndirir.